"Heydər Əliyev dühası" adlı tədbir

Məktəbin tədbirlər planına uyğun olaraq 12 dekabr Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə bağlı məktəbdə bir bir sıra tədbirlər, "Dəyirmi masa", konfrans və seminarlar keçirilib. Bu gün məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Tacirə Aslanova və "Kiçik Akademiya" üzvlərinin təşkilatçılığı ilə "Heydər Əliyev dühası” adlı "Dəyirmi masa" keçirilib. Tədbirdə ilk öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısa videoçarx nümayiş olunub. Tədbiri giriş nitqi ilə açan T. Aslanova Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. "Dəyirmi masa" da şagirdlər liderə həsr olunmuş şeirlər, mahnılar söyləyib, hazırladıqları təqdimatları nümayiş etdiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi