“Konstitusiya və Suverenlik – Dövlətimizin dayağı” adlı xüsusi dərs keçirilib.
Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Güləliyevanın və "Kiçik Akademiya" üzvlərinin birlikdə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik – Dövlətimizin dayağı” adlı xüsusi dərs keçirilib.
Dərsin əsas məqsədi şagirdlərdə Vətənə sevgi, dövlətçilik ənənələrinə hörmət, Konstitusiyamızın mahiyyəti və əhəmiyyətinə dair biliklərin artırılması olub.
L.Güləliyeva çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin hüquqi əsaslarını təmin etdiyini, suverenliyimizin qorunmasında mühüm rol oynadığını vurğulayıb. Şagirdlər isə mövzu ətrafında suallar verib, fikirlərini bölüşüblər və hazırladıqları referatları təqdim ediblər.