20Yanvar-Qan Yaddaşımızdır" mövzusunda maarifləndirici söhbət
“20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.
Tədbirlər planına əsasən məktəbdə silsilə tədbirlər, seminarlar, "Dəyirmi masa"lar və xüsusi dərslər keçirilib.
Bu gün məktəbin psixoloqu Aytən Məmmədova və "Kiçik Akademiya" üzvlərinin təşkilatçılığı ilə "20 Yanvar-Qan Yaddaşımızdır" mövzusunda maarifləndirici söhbət aparılıb.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verilib, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əsil qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilib.
Sonda uşaqlar şəhidlərin əziz xatirəsinə şeirlər söyləyiblər.