18-sentyabr “Milli Musiqi Günü”

Bu gün məktəbin musiqi müəllimi Reyhan Hüseynova və "Kiçik Akademiya" üzvlərinin təşkilatçılığı ilə 18 sentyabr – dahi bəstəkar, görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü və "Milli Musiqi Günü" münasibətilə məktəbimizdə “Milli Musiqi Günü” adlı xüsusi dərs təşkil olunub. Dərs zamanı R.Hüseynova Üzeyir bəyin həyat və yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu haqqında şagirdlərə geniş məlumat verib. Şagirdlər Üzeyir Hacıbəylinin əsərlərindən parçalar dinləyib, milli musiqimizin zənginliyi barədə müzakirələr aparıblar. Xüsusi dərs şagirdlərdə milli musiqiyə marağı artırmaqla yanaşı, onlarda milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik hisslərini də möhkəmləndirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi