"Kiçik Akademiya" "Zəfər bizimdir"

Məktəbdə "Kiçik Akademiya" üzvləri və tarix müəllimi Fəridə Əsgərlinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər bizimdir” adlı "Dəyirmi Masa" keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Fəridə Əsgərli çıxış edərək bildirib ki, 44 günlük Vətən Müharibəsindən artıq üç il keçib. Bu gün biz Zəfərimizin təntənəsini yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur. Tarixə qızıl hərflərlə yazılmış Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzidir. Bu bir sevindirici və qürurlu bir haldır ki, bütün işğal olunmuş torpaqlarımızda Azərbaycan Bayrağı dalğalandırılır. Mövzu haqqında ətraflı çıxışdan sonra şagirdlərin videoçarxları və təqdimatları nümayiş olunub. Akademiya üzvləri Vətənə, torpağa aid şeirlər səsləndiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi