"Yaşıl dünya naminə həmrəylik ili"
2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi məqsədilə məktəbdə bir sıra nümunəvi dərslər keçirilib.
Bu məqsədlə də məktəbin biologiya müəllimi Sədaqət Nuriyeva və KA üzvləri bitkilərə düzgün qulluq qaydaları haqqında maarifləndirmə işi aparıblar.
Maarifləndirmə işinin əsas məqsədi bitkilərə düzgün qulluq qaydalarının əyani şəkildə göstərməkdən ibarət olub. Yaşıl sinif otağında müxtəlif növ dibçək gülləri əkilmiş və əkilən güllərə şagirdlər tərəfindən qulluq edilib.
Bu işdə uşaqlar bir- birilərinə kömək edib, bitkilər haqqında fikirlərini bölüşüblər.