"Gələcəyin təhsili bu günün bilikləri"

 Bu gün məktəbimizdə "Gələcəyin təhsili bu günün bilikləri" başlığı altında " Bilik günü" tədbiri keçirilib.

 Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və direktor səlahiyyətlərini əvəz edən Aynur Ələsgərova iştirakçıları salamlayaraq şagird və müəllim kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib onlara uğurlar arzulayıb. A.Ələsgərova çıxışında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" olaraq elan edilməsinin əhəmiyyətini vurğulayıb Konstitusiyanın xalqımızın hüquq və azadlıqlarını qoruyan əsas sənəd olduğunu xatırladıb.

Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii proqramla davam etdi. Şagirdlər şeirlər söylədilər, mahnılar ifa etdilər və Konstitusiya, vətənpərvərlik və suverenlik mövzusunda səhnəciklər göstərdilər.

Həmçinin ilk dərslər Konstitusiya və Suverenlik ilinə həsr olundu.Dərslərdə vətənimizin müstəqillik mübarizəsindən bəhs edən slaydlar videoçarxlar nümayiş olunub..

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi