Pedaqoji şura

Məktəbdə 2025-2026-cı tədris ilinin ilk pedoqoji şura iclası keçirilib. İclasda məktəb rəhbərliyi, müəllimlər və sinif rəhbərləri iştirak edərək tədris prosesinin təşkili ilə bağlı məsələləri müzakirə ediblər.

Gündəlikdə aşağıdakı məsələlər yer aldı:

Cari tədris ilində görülən işlərin yekunları və qarşıda duran vəzifələr;

Şagirdlərin davamiyyəti və fənlər üzrə nailiyyətlərinin təhlili;

Təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması istiqamətində təkliflərin müzakirəsi;

Məktəbdə keçiriləcək tədbirlər planının təsdiqi.
İclasda müəllimlər çıxış edərək şagirdlərin dərsə marağının artırılması, valideynlərlə əməkdaşlığın gücləndirilməsi və müasir tədris metodlarının tətbiqi barədə fikir və təkliflərini bildiriblər.

Sonda pedaqoji şura gündəlikdə olan məsələləri yekdilliklə təsdiq edilib və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı qərarlar qəbul olunub.

Məktəbin direktoru Xoşqədəm Məmmədova  tədris ilində pedoqoji heyətin hər birinə uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi