"Təlim prosesinin təşkilinə  müasir yanaşmalar və qiymətləndirmə fəaliyyətinin effektiv təşkili"

2025-ci il tarixində məktəbimizdə metodist Nuriyyə Zeynalovanın təşkilatçılığı ilə "Təlim prosesinin təşkilinə  müasir yanaşmalar və qiymətləndirmə fəaliyyətinin effektiv təşkili"adlı təlim təşkil olunub.

Təlimin əsas məqsədi tədris prosesində müasir yanaşmaların tətbiqi, dərs metodlarının təkmilləşdirilməsi və şagirdlərin təlim motivasiyasının artırılması, gündəlik planlaşdırmanın məqsədinin müəyyənləşdirilməsi, altstandartlardan təlim nəticəsi müəyyənləşdirməyin yolu,gündəlik təlim nəticələri tərtibi ,qiymətləndirmə meyarını  müəyyənləşdirməsi  kimi məsələlər müzakirə edilib.

Təlim zamanı interaktiv metodlardan istifadə edərək müəllimlərə yeni tədris üsullar təqdim edilib, fənlər üzrə təcrübə mübadiləsi aparılıb. Müəllimlər təlim prosesində fəal iştirak edərək mövzu ilə bağlı suallarını verib və praktiki tapşırıqlarda öz biliklərini sınayıblar.

Sonda metodist məktəb kollektivinə uğurlar arzulayaraq, belə təlimlərin tədris keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Məktəbdə təlim davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi