I sinif valideynləri ilə görüş

Məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova I siniflərin valideyn iclaslarında iştirak ediblər. Yeni tədris ilinin başlanğıcı ərəfəsində məktəbin və valideynlərin qarşılaşdığı əsas problemlərdən biri olan I sinif şagirdlərinin adaptasiyası probleminə toxunulub, mövzu barədə valideynlərlə geniş söhbətlər aparılıb. Bu dövrdə müşahidə olunan fizioloji adaptasiya, sosial-psixoloji adaptasiya, dayanıqsız uyğunlaşma və s. çətinliklər və onların həlli barədə məsələlər valideynlərin diqqətinə çatdırılıb, profilaktik tövsiyələr verilib. Valideynlərin sualları cavablandırılıb. İclaslarda ümumilikdə 92 nəfər valideyn iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi