Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının şəhid övladlarına dəstəyi

Yeni dərs ilinin başlanması ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Binəqədi rayon təkilatı tərəfindən şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub.

Tədbirin əsas məqsədi övladlarımızın təhsil yolunda dəstək almaqlarına, yeni dərs ilinə daha həvəsli başlamalarına şərait yaratmaqdan ibarət olub.

Həmkarlar İttifaqı nümayəndələri çıxış edərək bildiriblər ki, şəhidlərimizin əmanəti olan övladlara qayğı göstərmək hər birimizin borcudur. Onlara təhsil sahəsində dəstək olmaqla, həm mənəvi, həm də sosial baxımdan yanında olmaq ən vacib vəzifələrdən biridir.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi