Psixoloqun I sinif şagirdləri ilə görüşü

Məktəbin psixoloqu Aytən Məmmədovanın təşkilatçılığı ilə  sinif şagirdləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi şagirdlərin məktəb mühitinə daha tez uyğunlaşması, özlərini sərbəst ifadə etməsi, dərslərdə fəallığını artırmaq və bir-birinə hörmətlə yanaşma bacarığını formalaşdırmaq olub.

Psixoloq şagirdlərlə maraqlı söhbətlər aparıb, onların fikirlərini dinləyib, həmçinin müxtəlif oyunlar və tapşırıqlar vasitəsilə dostluq, mehribanlıq, qayda-qanuna riayət etməyin vacibliyi haqqında izahlar verib.

Görüş zamanı uşaqlar öz hiss və düşüncələrini bölüşmüş, kollektivdə bir-birini dəstəkləməyin, birlikdə öyrənməyin əhəmiyyətini dərk etmişlər.

Belə tədbirlər şagirdlərdə müsbət emosiyalar formalaşdırır, onların həm dərsə, həm də məktəb həyatına marağını daha da artırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi