14 fevral Beynəlxalq kitab bağışlama günüdür

Beynəlxalq kitab bağışlama günü uşaqlarda kitaba olan marağı oyadan bir gündür.

Mövcud olduğu gündən bu təşəbbüs, şagirdlər və müəllimlər tərəfindən çox dəstəklənir.

Bu məqsədlə kitabxanada könüllü olaraq IV,V,VI sinif şagirdləri kitabxanaya bir-birindən maraqlı və rəngarəng kitablar hədiyyə edib və müxtəlif kitablarla tanış olublar.

Kitabxana müdiri İlahə Babayeva bu gün münasibətilə məktəbliləri təbrik edib və qeyd edib ki, bu bayram şagirdlərdə kitaba sevgi hissini yaradır, mütaliə mədəniyyətini formalaşdırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi