Monitorinq

Məktəbin illik fəaliyyət planına uyğun olaraq 10 fevral 2025 ci il tarixdə III və IV siniflər üzrə tədris dili, riyaziyyat və ingilis dili fənnindən monitorinq keçirilib.
Monitorinqdə 240 şagird iştirak edib, 8 nəfər isə üzürlü səbəbdən iştirak edə bilməyib.
Monitorinqin əsas məqsədi şagirdlərin bilik səviyyəsini yoxlamaq, onların müvafiq standartlara uyğun bilik və bacarıqlarını müəyyən etmək və təhsil keyfiyyətinin artırılması üçün müvafiq tədbirlər görməkdir. Imtahanda nəzarətçilər qeyri ixtisas fənn müəllimlərindən təyin olunub. Monitorinq 11-30 da başlamış və 13-30 da bitmişdir.