20 Yanvar-Müstəqilliyimizə gedən yol
“20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.
Tədbirlər planına əsasən məktəbdə silsilə tədbirlər, seminarlar, "Dəyirmi masa"lar və xüsusi dərslər keçirilib.
Bu məqsədlədə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tacirə Aslanovanın təşkilatçılığı ilə “20 Yanvar – Müstəqilliyimizə gedən yol” adlı tədbir keçirilib.
Tədbirdə T.Aslanova çıxış edərək ilk öncə vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilib.
Müasir Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ötən il keçirilən antiterror tədbirləri nəticəsində bütün ərazilərimiz üzərində milli suverenliyimiz tam təmin olunub.Konstitusiyamızın 11-ci maddəsinə əsasən, Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Daha sonra Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verilib.
Sonda uşaqlar şəhidlərin əziz xatirəsinə şeirlər söyləyib, videoçarx izləyiblər.