Vəli İbrahimovun anım günü

Vəli Abdullayev 19 yanvar 1975-ci ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olub. 1982-ci ildə Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin 1-ci sinifinə gedib.

1990-cı ildə həmin məktəbin 9-cu sinifini bitirib. Orta məktəblə yanaşı Vəli Abdullayev qarmona çox böyük həvəsi olduğu üçün həm də musiqi təhsili alırdı. Çox gözəl qarmon ifa edirdi.

1993-cü ilin iyununda hərbi xidmətə çağırılıb 888 saylı hərbi hissədə hərbi andı qəbul etdikdən sonra 1994 cü ilin yanvar ayında Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmək üçün Bakıdan Ağdama yola salınıb. Yanvar ayının 12-də Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlər zamanı düşmənin tankdan atdığı atəş nəticəsində qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalmışdır.

17 yanvar 1994-cü ildə 2-ci Fəxri Xiyabanda yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhid Vəliyə ad babası Vəli Abdulla oğlu Abdullayevin adına xitabən qoyulub. Vəlinin babası Abdullayev Vəli Abdulla oğlu və qardaşları Şərif,Əşrəf, Rəşid 1941-ci ildə böyük Vətən müharibəsinə getmiş və bir daha geri dönməmişlər.Onların nə ölüsü nə dərisi barəsində indiyədək heç bir məlumat əldə edilməyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi