20Yanvar-şəhidləri mövzusunda Dəyirmi masa

“20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub. Tədbirlər planına əsasən məktəbdə silsilə tədbirlər, seminarlar, "Dəyirmi masa"lar və xüsusi dərslər keçirilib.

Bu gün məktəbin kitabxana müdiri İlahə Babayevanın təşkilatçılığı ilə "20 Yanvar- şəhidləri" mövzusunda "Dəyirmi masa" təşkil olunub.

"Dəyirmi masa" ətrafında IV,V,VI sinif şagirdləri şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İ.Babayeva çıxış edərək bildirib ki, 1990-cı ilin yanvarın 19-dan 20 nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərindən biri baş verib. 20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 

Uşaqlar daha sonra videoçarxlar izləyib, şəhidlərimizin əziz xatirəsinə şeirlər söyləyib, fikirlərini müzakirə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi