"Zəfər yolu" tədbiri
44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Bu məqsədlə kitabxana müdiri İlahə Babayevanın təşkilatçılığı ilə "Zəfər yolu" adlı tədbir keçirilib.
V və VII sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra şagirdlərə Vətən müharibəsi haqqında geniş məlumat verilib, videoçarxlar izlənilib.
Sonda Xarıbülbül təsnifatı şagirdlər tərəfindən səsləndirilib.