"Erkən nikahın" fəsadları maarifləndirici söhbət
Məktəbin psixoloqu Zülfiyyə Məsimova 8Ç sinif şagirdləri ilə "Erkən nikah" mövzusunda söhbət aparıb.
Z. Məsimova bildirib ki, erkən yaşda qurulan nikahlar yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərməklə yanaşı, ailədaxili zorakılıq hallarına da gətirib çıxarır. Çünki insanın dünyagörüşü 18 yaşından sonra formalaşmağa başlayır. Şagirdlərə erkən nikahın qanunla qadağan olduğu, həmçinin fizioloji və bioloji cəhətdən doğru hal olmadığı izah edilib. Bu cür hallarla qarşılaşdıqda hüquq mühafizə orqanlarına müraciət edə biləcəklərini bildirib.