Qobustan Dövlət Tarixi -Bədii Qoruğuna şagirdlərin ekskursiyası
Məktəbin ibtidai sinif müəllimi Pərvanə Əhmədovanın təşkilatçılığı ilə 2Ç sinif şagirdləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiyaya gediblər.
Ekskursiyanın məqsədi Azərbaycan dili fənnində "Xəbərləşmə" mövzusunu şagirdlərə daha yaxşı izah etmək üçün təşkil olunub.
Gəzinti zamanı uşaqlar kitabdakı rəsmlərdə gördükləri şəkilləri əyani şəkildə görüb və qədim Azərbaycan tarixini daha yaxından öyrənib.
Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, düşərgə, ov və rəqs səhnələri təsvir edilib. Şagirdlərdə çox böyük maraq doğuran bu ekskursiya onların əlavə bilklər əldə etməsinə də səbəb olub.