Cabbarov Əli Baba oğlunun anım günü

            Məktəbin fəaliyyət planına əsasən şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə məktəbin sinif otaqlarına şəhid adı verilib. Bu siniflərdəndə biri Cabbarov Əli Baba oğlunun adını daşıyan 2Ç sinfidir. Cabbarov Əli Baba oğlu 2002-ci il yanvarın 8-də Bakıda anadan olub. 2020-ci ilin yanvar ayında hərbi xidmətə çağırılıb və həmin ayın 14-də hərbi xidmətə yola düşüb. 2020-ci il 27 sentyabr tarixində başlamış əks- hücum əməliyyatında ağır döyüşlərdə iştirak edib. Oktyabr ayının 27-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

          27 oktyabr 2022-ci ildə adını daşıyan 2Ç sinfi Cabbarov Əli Baba oğlunun anım günündə şəhidin məzarını ziyarət ediblər. Şagirdlər şəhidimizin məzarında önündə vətənpərvər mğvzuda şeirlər söyləyib,şəhidin məzarına çiçəklər qoyublar. Şəhidimizi hər zaman hörmətlə yad edəcəklərinə dair söz veriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi