SİZİ DEYİB GƏLMİŞƏM, EY MƏNİM MÜSƏLMAN XALQIM!

21 fevral beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.Doğma dilimizin tarixi, onun gözəlliyi, tərənnümü hər zaman görkəmli şəxsiyyətlərin əsərlərində öz əksini tapmışdır. Azərbaycanın dahi yazıçısı, görkəmli publisist və dramaturq Cəlil Məmmədquluzadə də öz əsərlərini doğma ana dilində yazmış, bu dili hər zaman tərənnüm etmişdir. 22 fevral dahi yazarın doğum günü və Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq məktəbimizin V-VIII sinif şagirdləri yazıçının “Anamın kitabı”, “Saqqallı uşaq” və “ Poçt qutusu” əsərlərini səhnələşdirmişlər. Kiçik Akademiyanın humanitar fənlər kafedrasının müəllimləri A.Xəlilova və N Niftəliyeva istedadlı şagirdlərin seçilməsində, onların hazırlanmasında iştirak etmişlər. Əvvəlcə şagirdlər Azərbaycan Dram Teatrına “Anamın Kitabı” əsərinə tamaşa üçün aparılmış, sonra yazıçının məzarı ziyarət edilmiş və muzeyi ilə tanış olunmuşdur. Sonda həmin şagirdlər böyük həvəs və məsuliyyətlə həmin əsərləri səhnələşdirmişlər. Əminliklə qeyd edə bilərik ki, şagirdlərimiz bu işləri ilə görkəmli yazıçı və onun əsərləri haqqında kifayət qədər məlumat əldə etdilər. Tamaşaları izləyən məktəbimizin direktoru N. Vəliyev və digər müəllimlər bu çətin və məsuliyyətli işdə böyük əməyi olan kitabxana müdiri N. Nəcəfovaya, daha sonra Kiçik Akademiya üzvləri olan G. Qocayeva, E. Ramazanova və S. Verdiyevaya, ən əsas da istedadlı şagirdlərimizə öz təşəkkürünü bildirmiş, uğurlarının davamlı olmasını arzulamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi