Kiçik Akademiya

“Biliyini paylaş”Bakı şəhər üzrə Təhsil İdarəsinin 18.11.22-ci il tarixli F-386 nömrəli əmrinə əsasən tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllimləri üçün “Biliyini paylaş” layihəsinə start verilmişdir.İki mərhələdən ibarət olan layihənin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması,bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir.         Birinci mərhələdə layihə əsaslı tədris barədə məlumatı olan,layihə əsaslı öyrənməni dərs prosesində tətbiq etməyi bacaran yenilikçi və qabaqcıl müəllimlər müəyyənləşir.Məqsəd həmin müəllimlərin öz təcrübələrini həmkarları ilə bölüşməkdən ibarətdir.  Məktəbimizin Biologiya müəllimi Günel Qocayeva da bu layihədə iştirak etmiş və Uğur qazanmışdır.          Artıq məktəb rəhbərliyinin dəstəyi ilə mentor Günel Qocayeva tərəfindən qrup üzvləri müəyyənləşdirilmiş və müvafiq fəaliyyətlərə başlanılmışdır.

Ətraflı

SİZİ DEYİB GƏLMİŞƏM, EY MƏNİM MÜSƏLMAN XALQIM!21 fevral beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.Doğma dilimizin tarixi, onun gözəlliyi, tərənnümü hər zaman görkəmli şəxsiyyətlərin əsərlərində öz əksini tapmışdır. Azərbaycanın dahi yazıçısı, görkəmli publisist və dramaturq Cəlil Məmmədquluzadə də öz əsərlərini doğma ana dilində yazmış, bu dili hər zaman tərənnüm etmişdir. 22 fevral dahi yazarın doğum günü və Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq məktəbimizin V-VIII sinif şagirdləri yazıçının “Anamın kitabı”, “Saqqallı uşaq” və “ Poçt qutusu” əsərlərini səhnələşdirmişlər. Kiçik Akademiyanın humanitar fənlər kafedrasının müəllimləri A.Xəlilova və N Niftəliyeva istedadlı şagirdlərin seçilməsində, onların hazırlanmasında iştirak etmişlər. Əvvəlcə şagirdlər Azərbaycan Dram Teatrına “Anamın Kitabı” əsərinə tamaşa üçün aparılmış, sonra yazıçının məzarı ziyarət edilmiş və muzeyi ilə tanış olunmuşdur. Sonda həmin şagirdlər böyük həvəs və məsuliyyətlə həmin əsərləri səhnələşdirmişlər. Əminliklə qeyd edə bilərik ki, şagirdlərimiz bu işləri ilə görkəmli yazıçı və onun əsərləri haqqında kifayət qədər məlumat əldə etdilər. Tamaşaları izləyən məktəbimizin direktoru N. Vəliyev və digər müəllimlər bu çətin və məsuliyyətli işdə böyük əməyi olan kitabxana müdiri N. Nəcəfovaya, daha sonra Kiçik Akademiya üzvləri olan G. Qocayeva, E. Ramazanova və S. Verdiyevaya, ən əsas da istedadlı şagirdlərimizə öz təşəkkürünü bildirmiş, uğurlarının davamlı olmasını arzulamışdır.

Ətraflı

Gəlin tanış olaq- Keşlə qəsəbəsiAzərbaycan Respublikası Təhsil nazirliyinin 14 avqust 2018-ci il tarixli F-550 nömrəli əmri, Bakı şəhər üzrə Təhsil İdarəsinin 24 avqust 2018-ci il tarixli F-265 nömrəli əmrini əsas tutaraq 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdlərinin iştirakı ilə “Gəlin tanış olaq”müsabiqəsinin keçirilməsi qərara alınmışdır. Müsabiqədə şagirdlərin yaşadıqları ərazinin quruluşu, spesifikliyi, maddi-mədəni irsi haqqında biliklərin formalaşmasına təkan vermək məqsədinə xidmət etmək nəzərdə tutulmuşdur. Müsabiqədə məktəbimizin IXa sinif şagirdi Zeynəb İbişova da fəal iştirak etmişdir.O, yaşadığı Keşlə qəsəbəsinin maddi-mənəvi irsi dəyərlərini, etnoqrafiyasını, tarixi mədəniyyət abidələrini araşdırmış, elm xadimləri, görkəmli şəxsiyyətləri, haqqında araşdırma aparmışdı. Nizami rayonunda 1936-cı ildən yaranmış Keşlə qəsəbəsinin adının mənası, əhalisinin sayı araşdırılmışdır. XVII əsrə aid olan Şah Abbas məscidinin tarixi haqqında məlumatlar əldə edilmişdir.Hal-hazırda Keşlədə mövcud olan uşaq bağçaları, məktəb binaları, ATS və Poçt binasının, xəstəxanaların fəaliyyəti ilə yaxından tanış olunmuşdur.Vaxtı ilə Böyük Vətən Müharibəsi iştirakçıları və son zamanlar şəhid olmuş qəhrəmanlarımızın ailələri ilə görüş keçirilmişdir.Bütün bu araşdırılmalar video görüntülər, foto şəkillər ilə yaddaşa yazılmış, toplanmış elmi biliklər isə təqdimat şəklində təqdim olunmuşdur.

Ətraflı

Tullantılara ikinci həyat verək!Kiçik Akademiyanın 2.2.2 vəzivəsin əsasən istedadlı uşaqların aşkara çıxarılması , onların yaradıcılıq və tətqiqatçılıq bacarıqlarını inkişaf etdirilməsi ilə bağlıdır.Bu məqsədilə məktəbimizin kiçik akademiyaçıları olan 4”C” sinif şagirdləri sinif rəhbəri İlahə Mehdiyeva ilə maraqlı və günümüzün mühüm problemlərindən olan “Kağızların istehsalı və təkrar emalı” haqqında tətqiqat işləri aparmışlar.Əvvəlcə uşaqlar məktəbdə tullantı kağızlarının toplanması aksiyasını həyata keçirməklə çoxlu kağız tullantıları toplamışlar. Sonra o kağızların təkrar emal olunması məqsədilə 4”C” sinif şagirdləri sinif rəhbəri və U.B.T rəhbəri və K.A-nın müavini A.Qasımzadə ilə birgə Sumqayıt şəhərində yerləşən “Azərbaycan Kağız və Karton İstehsalat kombinatı”na ekskursiya etdilər.Onlar zavodla yaxından tanış olub kağızın istehsalı və yenidən emalı proseslərini izlədilər. Zavodun rəhbəri Kamil Suer və əməkdaşları şagirdlərə ətraflı məlumat verdilər.Şagirdlər apardıqları kağız tullantıları və elmi biliklərin mübadiləsilə zavod əməkdaşlarının böyük marağına səbəb olmuşlar. Ekskursiya bitdikdən sonra , müşahidə zamanı kağız istehsalı üçün minlərlə ağacların kəsildiyinin şahidi olmuş şagirdlər, məktəbin həyətində çoxlu ağac əkdilər. Uşaqlar bu işi böyük həvəslə icra etməklə digər sinif şagirdlərini də bu içə cəlb etdilər. Görülmüş bütün bu işlərdən sonra 4”C” sinif şagirdləri məktəb rəhbərliyi, müəllimləri və həmyaşıdları qarşısında çıxış edərək geniş təqdimatlar etmiş,maariflənmə məqsədilə maraqlı səhnəciklər göstərmiş, sonda isə öz təkliflərini vermişlər. Kiçik tətqiqatçılarımızın həyata keçirdiyi bu çətin və maraqlı araşdırma və təqdimatlarına görə məktəb rəhbərliyi və Kiçik akademiya üzvləri şagirdləri yüksək qiymətləndirmiş, şagirdlərə gələcək işlərində də uğurlar arzulamışdır. Sonda məktəbimizin direktoru N.Vəliyev və Kiçik Akademiya adından 4”C” sinif kollektivinə Fəxri Fərman təqdim olunmuşdur.

Ətraflı

Elmdə birləşəkMəktəbimizdə dekabr ayı riyaziyyat aylığı kimi qeyd olunmuşdu. Ay ərzində bir çox işlər görülmüşdür. Qarşılıqlı dərs dinləmələr aparılmış, şagirdlər tərəfindən esselər, təqdimatlar yazılmışdır. Fənn müəllimlərinin nümunəvi dərsləri təşkil olunmuşdur. VII-VIII siniflər divar qəzeti hazırlamış, onu təqdim etmişlər. Görülən işlərlə yanaşı aylığın sonuna həsr olunmuş "Elmdə birləşək" adlı əyləncəli bilik yarışı keçirilmişdir. Yarışda məktəbin direktor əvəzi N.N.Vəliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini S.N.Hüseynova, ibtidai siniflər üzrə direktor müavini R.X.Məmmədova, Tərbiyə işləri üzrə direktor müavini E.F.Ramazanova, riyaziyyat metodbirləşməsinin sədri A.S.Yusubova və fənn müəllimləri də iştirak etdilər. Yarışda Vlll-X siniflərdən cəmi 21 nəfər şagird iştirak etdi. Şagirdlər komanda şəklində yarışırdılar. Komandalar: “Pifaqor”,”Tusi” və “Nəsimi” eyni vaxtda yarışdılar. Yarış digər fənlərə, ingilis dili və biologiya fənninə inteqrasiya olunmuşdu. Belə ki, ingilis dili fənn metodbirləşməsinin sədri A.Ş.Mikayılova və biologiya müəllimi G.T.Qocayeva da sualların, testlərin tərtib olunmasında, yoxlamlmasında yaxından iştirak etdilər.

Ətraflı

Milli irsimiz KəlağayıAzərbaycan milli-mənəvi dəyərləri ilə zəngin olub, bu dəyərlər xalq tərəfindən qorunub saxlanılmış, gələcək nəsillərə bir əmanət kimi ötürülərək hər zaman yüksək dəyərləndirilmişdir. Bu dəyərlərin içərisində Azərbaycan qadınına məxsus ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyü olan kələğayının da özünəməxsus yeri var. Heydər Əliyev fondunun dəstəyi ilə kəlağayımız 2014-cü il 26 noyabr tarixində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bununla da, xalqımızın milli-mənəvi dəyərləri sistemində və adət-ənənələrimizdə kəlağayımızın mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlənib. Bu münasibətlə də 26 noyabr Azərbaycanda Milli Kəlağayı Günü kimi qeyd edilib. 201 nömrəli məktəbin IX”A”sinif şagirdləri sinif rəhbəri Günel Qocayeva ilə birgə bu tarixi geniş şəkildə qeyd etdilər. Tədbirdə 25 nəfər şagird, məktəbin Tərbiyə işləri üzrə direktor müavini E.F.Ramazanova, ibtidai siniflər üzrə direktor müavini R.X.Məmmədova, Təlim-tərbiyə işləri üzrə direktor müavini S.N.Hüseynova, fənn müəllimlərindən S.Q.Verdiyeva, A.M.Xəlilova, kitabxana müdiri N.T.Nəcəfova da iştirak etdilər. Tədbirdə ən qədim kəlağayı nümunələri onların yaranma tarixi, boyaq tərkibi, naxışları izah olurımuşdur. Kəlağayının müxtəlif rənglərinin mənaları; əsasən də Basqal, Şəki, Gəncə, Ordubadda hazırlanma texnologiyası şagirdlər tərəfindən məharətlə izah olunmuşdur. Onun qatlanması qaydaları göstərildi. Kəlağayının həm də namus, ismət simvolu olduğunu qeyd etmişlər. Tədbir iştirakçıların böyük marağına səbəb olmuşdur. Mənəvi irsimiz olan Kəlağayımız tariximiz, mədəniyyətimiz, yaraşığımızdır.

Ətraflı

Kiçik Akademiyanın ilk şura iclasıBakı şəhəri üzrə Təhsil İdarəsinin 18.10.2019 –cu il əmrinə əsasən nömrəli məktəbdə Kiçik Akademiyanın ilk şura iclası keçirildi . İclası məktəbin rəhbəri N.Vəliyev təşkil etməklə , direktor müavinləri, metodbirləşmə rəhbərlərinin, iştirakı ilə həyata keçirildi . İclas üzvlərinin iştirakı ilə elmi rəhbərlər təyin edildi. Kiçik Akademiyanın tədbirlər planı tərtib edildi. Elmi rəhbərlər görəcəkləri işlər barəsində məlumatlandırıldılar. Sorğular əsasında seçilmiş istedadlı şagirdlər müəyyən olundu və onlar ayrı – ayrı kafedralar üzrə bölüşdürüldülər. Tədqiqaçılıq qabiliyyətinin formalaşdırılması məqsədi ilə şagirdlər arasında maraqlı təqdimatlar hazırlanılması tapşırıldı .

Ətraflı

Kiçik AkademiyamızKiçik Akademiyanın yaradılması Azərbaycan Resbublikası Təhsil Nazirliyinin 21.01.2019 – ci il, 63 nömrəli əmrinə əasən təsdiq edilmişdir. “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında “ əsasnamənin 15.6 bəndinə uyğun olaraq 201nömrəli tam orta mətəbdə 221 nömrəli əmrə əsasən “Kiçik Akademiya” 01.11. 2019 – cu ildən fəaliyyətə başlayıb . “Kiçik Akademiya” yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fəqlənən istedadlı uşaqların birliyidir. Kiçik Akademiyanın fəaliyyəti könüllülük və hüquq bərabərliyi prinsipləri əsasında qurulur. Kiçik Akademiya çərçivəsində tədbirlər, fənn olimpiadaları, müsabiqələr, elmi – təcrübi konfranslar, tədqiqat işləri həyata keçiriləcək . İlk gündən əsas məqsədimiz məktəbimizdə təhsil alan şagirdlərin elmi axtarışa sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinə dəstək olunması,elmi tətqiqata marağı olan və xüsusi istedadı olan şagirdlərin aşkar olunmasından ibarətdir. Şagirdlərin dünyagörüşünü formalaşdırılmaq üçün, ekskursiyaların təşkili, elmi layihələrdə iştirak olunması, məruzə və referatların hazırlanması, alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək, mövcud yaradıcılıq potensialını nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Kiçik Akademiyanın loqosu tərtib olundu. Loqoda əsas məqsəd elmlərin birliyi və bütün biliklərin əsas mənbəyi kitab olduğu vurğulanmışdı. Kitabın ətrafındakı kainatın bütün elmlərdən qurulduğunu atomlar şəklində göstərilmiş və yüklü zərrəciklərlə qeyd olunmuşdu. Rəngli fırçalar kitabdakı gözəlliyi, karandaş yazılan məlumatı, mürəkkəb izə o məlumatın heç vaxt silinməyəcəyindən bəhs edir. Məktəbdə Kiçik Akademiya çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, xarici dillər, texniki, sosial- iqtisadi bölmələr fəaliyyət göstərir. Məktəbin Kiçik Akademiyası qarşıda duran məqsədlərə çatmaq üçün elmin təbliği , elmlə təhsilin vəhdətinin yaradılmasını, xüsusi istedadlı şagirdlərin, yəni, ”Kiçik Alimlərin “ aşkarlanmasını planlaşdırır. Kiçik akademiyanın fəaliyyətinin tənzimlənməsi məktəbin rəhbərliyi tərəfindən həyata keçirilir.Görülmüş işlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin zəhmətini dəyərləndirmək üçün müvafiq işlər görüləcək. Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir: Akademiyanın Prezidenti : Qocayeva Günel Müavinləri: Verdiyeva Samirə, Qasımzadə Aynur Bölmə rəhbərləri: Humanitar: Nəcəfova Elmira Təbiət elmləri: Musayeva Yeganə Texniki: Ramazanova Elnurə Xarici dillər: Abbasova Xuraman Sosial – iqtisadi: Zeynalova Aybəniz

Ətraflı
HAQQIMIZDA
Bakı şəhəri, Nizami rayonu, 201 nömrəli tam orta məktəb 1964 – cü ildən fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus dillərində həyata keçirilir. 2012-ci ildə məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə 1...
BİZİM FƏXRLƏRİMİZ

Qismət İbişov Malik

İlahə Quliyeva Vaqif

HAQQIMIZDA
Bakı şəhəri, Nizami rayonu, 201 nömrəli tam orta məktəb 1964 – cü ildən fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus dillərində həyata keçirilir. 2012-ci ildə məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə 1...
BİZİM FƏXRLƏRİMİZ

Qismət İbişov Malik

İlahə Quliyeva Vaqif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi