Milli irsimiz Kəlağayı

Azərbaycan milli-mənəvi dəyərləri ilə zəngin olub, bu dəyərlər xalq tərəfindən qorunub saxlanılmış, gələcək nəsillərə bir əmanət kimi ötürülərək hər zaman yüksək dəyərləndirilmişdir. Bu dəyərlərin içərisində Azərbaycan qadınına məxsus ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyü olan kələğayının da özünəməxsus yeri var. Heydər Əliyev fondunun dəstəyi ilə kəlağayımız 2014-cü il 26 noyabr tarixində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bununla da, xalqımızın milli-mənəvi dəyərləri sistemində və adət-ənənələrimizdə kəlağayımızın mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlənib. Bu münasibətlə də 26 noyabr Azərbaycanda Milli Kəlağayı Günü kimi qeyd edilib. 201 nömrəli məktəbin IX”A”sinif şagirdləri sinif rəhbəri Günel Qocayeva ilə birgə bu tarixi geniş şəkildə qeyd etdilər. Tədbirdə 25 nəfər şagird, məktəbin Tərbiyə işləri üzrə direktor müavini E.F.Ramazanova, ibtidai siniflər üzrə direktor müavini R.X.Məmmədova, Təlim-tərbiyə işləri üzrə direktor müavini S.N.Hüseynova, fənn müəllimlərindən S.Q.Verdiyeva, A.M.Xəlilova, kitabxana müdiri N.T.Nəcəfova da iştirak etdilər. Tədbirdə ən qədim kəlağayı nümunələri onların yaranma tarixi, boyaq tərkibi, naxışları izah olurımuşdur. Kəlağayının müxtəlif rənglərinin mənaları; əsasən də Basqal, Şəki, Gəncə, Ordubadda hazırlanma texnologiyası şagirdlər tərəfindən məharətlə izah olunmuşdur. Onun qatlanması qaydaları göstərildi. Kəlağayının həm də namus, ismət simvolu olduğunu qeyd etmişlər. Tədbir iştirakçıların böyük marağına səbəb olmuşdur. Mənəvi irsimiz olan Kəlağayımız tariximiz, mədəniyyətimiz, yaraşığımızdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi