Elmdə birləşək

Məktəbimizdə dekabr ayı riyaziyyat aylığı kimi qeyd olunmuşdu. Ay ərzində bir çox işlər görülmüşdür. Qarşılıqlı dərs dinləmələr aparılmış, şagirdlər tərəfindən esselər, təqdimatlar yazılmışdır. Fənn müəllimlərinin nümunəvi dərsləri təşkil olunmuşdur. VII-VIII siniflər divar qəzeti hazırlamış, onu təqdim etmişlər. Görülən işlərlə yanaşı aylığın sonuna həsr olunmuş "Elmdə birləşək" adlı əyləncəli bilik yarışı keçirilmişdir. Yarışda məktəbin direktor əvəzi N.N.Vəliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini S.N.Hüseynova, ibtidai siniflər üzrə direktor müavini R.X.Məmmədova, Tərbiyə işləri üzrə direktor müavini E.F.Ramazanova, riyaziyyat metodbirləşməsinin sədri A.S.Yusubova və fənn müəllimləri də iştirak etdilər. Yarışda Vlll-X siniflərdən cəmi 21 nəfər şagird iştirak etdi. Şagirdlər komanda şəklində yarışırdılar. Komandalar: “Pifaqor”,”Tusi” və “Nəsimi” eyni vaxtda yarışdılar. Yarış digər fənlərə, ingilis dili və biologiya fənninə inteqrasiya olunmuşdu. Belə ki, ingilis dili fənn metodbirləşməsinin sədri A.Ş.Mikayılova və biologiya müəllimi G.T.Qocayeva da sualların, testlərin tərtib olunmasında, yoxlamlmasında yaxından iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi