Tullantılara ikinci həyat verək!

Kiçik Akademiyanın 2.2.2 vəzivəsin əsasən istedadlı uşaqların aşkara çıxarılması , onların yaradıcılıq və tətqiqatçılıq bacarıqlarını inkişaf etdirilməsi ilə bağlıdır.Bu məqsədilə məktəbimizin kiçik akademiyaçıları olan 4”C” sinif şagirdləri sinif rəhbəri İlahə Mehdiyeva ilə maraqlı və günümüzün mühüm problemlərindən olan “Kağızların istehsalı və təkrar emalı” haqqında tətqiqat işləri aparmışlar.Əvvəlcə uşaqlar məktəbdə tullantı kağızlarının toplanması aksiyasını həyata keçirməklə çoxlu kağız tullantıları toplamışlar. Sonra o kağızların təkrar emal olunması məqsədilə 4”C” sinif şagirdləri sinif rəhbəri və U.B.T rəhbəri və K.A-nın müavini A.Qasımzadə ilə birgə Sumqayıt şəhərində yerləşən “Azərbaycan Kağız və Karton İstehsalat kombinatı”na ekskursiya etdilər.Onlar zavodla yaxından tanış olub kağızın istehsalı və yenidən emalı proseslərini izlədilər. Zavodun rəhbəri Kamil Suer və əməkdaşları şagirdlərə ətraflı məlumat verdilər.Şagirdlər apardıqları kağız tullantıları və elmi biliklərin mübadiləsilə zavod əməkdaşlarının böyük marağına səbəb olmuşlar. Ekskursiya bitdikdən sonra , müşahidə zamanı kağız istehsalı üçün minlərlə ağacların kəsildiyinin şahidi olmuş şagirdlər, məktəbin həyətində çoxlu ağac əkdilər. Uşaqlar bu işi böyük həvəslə icra etməklə digər sinif şagirdlərini də bu içə cəlb etdilər. Görülmüş bütün bu işlərdən sonra 4”C” sinif şagirdləri məktəb rəhbərliyi, müəllimləri və həmyaşıdları qarşısında çıxış edərək geniş təqdimatlar etmiş,maariflənmə məqsədilə maraqlı səhnəciklər göstərmiş, sonda isə öz təkliflərini vermişlər. Kiçik tətqiqatçılarımızın həyata keçirdiyi bu çətin və maraqlı araşdırma və təqdimatlarına görə məktəb rəhbərliyi və Kiçik akademiya üzvləri şagirdləri yüksək qiymətləndirmiş, şagirdlərə gələcək işlərində də uğurlar arzulamışdır. Sonda məktəbimizin direktoru N.Vəliyev və Kiçik Akademiya adından 4”C” sinif kollektivinə Fəxri Fərman təqdim olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi