“Biliyini paylaş”

Bakı şəhər üzrə Təhsil İdarəsinin 18.11.22-ci il tarixli F-386 nömrəli əmrinə əsasən tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllimləri üçün “Biliyini paylaş” layihəsinə start verilmişdir.İki mərhələdən ibarət olan layihənin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması,bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir.         Birinci mərhələdə layihə əsaslı tədris barədə məlumatı olan,layihə əsaslı öyrənməni dərs prosesində tətbiq etməyi bacaran yenilikçi və qabaqcıl müəllimlər müəyyənləşir.Məqsəd həmin müəllimlərin öz təcrübələrini həmkarları ilə bölüşməkdən ibarətdir.  Məktəbimizin Biologiya müəllimi Günel Qocayeva da bu layihədə iştirak etmiş və Uğur qazanmışdır.          Artıq məktəb rəhbərliyinin dəstəyi ilə mentor Günel Qocayeva tərəfindən qrup üzvləri müəyyənləşdirilmiş və müvafiq fəaliyyətlərə başlanılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi