Kiçik Akademiyamız

Kiçik Akademiyanın yaradılması Azərbaycan Resbublikası Təhsil Nazirliyinin 21.01.2019 – ci il, 63 nömrəli əmrinə əasən təsdiq edilmişdir. “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında “ əsasnamənin 15.6 bəndinə uyğun olaraq 201nömrəli tam orta mətəbdə 221 nömrəli əmrə əsasən “Kiçik Akademiya” 01.11. 2019 – cu ildən fəaliyyətə başlayıb . “Kiçik Akademiya” yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fəqlənən istedadlı uşaqların birliyidir. Kiçik Akademiyanın fəaliyyəti könüllülük və hüquq bərabərliyi prinsipləri əsasında qurulur. Kiçik Akademiya çərçivəsində tədbirlər, fənn olimpiadaları, müsabiqələr, elmi – təcrübi konfranslar, tədqiqat işləri həyata keçiriləcək . İlk gündən əsas məqsədimiz məktəbimizdə təhsil alan şagirdlərin elmi axtarışa sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinə dəstək olunması,elmi tətqiqata marağı olan və xüsusi istedadı olan şagirdlərin aşkar olunmasından ibarətdir. Şagirdlərin dünyagörüşünü formalaşdırılmaq üçün, ekskursiyaların təşkili, elmi layihələrdə iştirak olunması, məruzə və referatların hazırlanması, alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək, mövcud yaradıcılıq potensialını nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Kiçik Akademiyanın loqosu tərtib olundu. Loqoda əsas məqsəd elmlərin birliyi və bütün biliklərin əsas mənbəyi kitab olduğu vurğulanmışdı. Kitabın ətrafındakı kainatın bütün elmlərdən qurulduğunu atomlar şəklində göstərilmiş və yüklü zərrəciklərlə qeyd olunmuşdu. Rəngli fırçalar kitabdakı gözəlliyi, karandaş yazılan məlumatı, mürəkkəb izə o məlumatın heç vaxt silinməyəcəyindən bəhs edir. Məktəbdə Kiçik Akademiya çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, xarici dillər, texniki, sosial- iqtisadi bölmələr fəaliyyət göstərir. Məktəbin Kiçik Akademiyası qarşıda duran məqsədlərə çatmaq üçün elmin təbliği , elmlə təhsilin vəhdətinin yaradılmasını, xüsusi istedadlı şagirdlərin, yəni, ”Kiçik Alimlərin “ aşkarlanmasını planlaşdırır. Kiçik akademiyanın fəaliyyətinin tənzimlənməsi məktəbin rəhbərliyi tərəfindən həyata keçirilir.Görülmüş işlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin zəhmətini dəyərləndirmək üçün müvafiq işlər görüləcək. Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir: Akademiyanın Prezidenti : Qocayeva Günel Müavinləri: Verdiyeva Samirə, Qasımzadə Aynur Bölmə rəhbərləri: Humanitar: Nəcəfova Elmira Təbiət elmləri: Musayeva Yeganə Texniki: Ramazanova Elnurə Xarici dillər: Abbasova Xuraman Sosial – iqtisadi: Zeynalova Aybəniz
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi