Gəlin tanış olaq- Keşlə qəsəbəsi

Azərbaycan Respublikası Təhsil nazirliyinin 14 avqust 2018-ci il tarixli F-550 nömrəli əmri, Bakı şəhər üzrə Təhsil İdarəsinin 24 avqust 2018-ci il tarixli F-265 nömrəli əmrini əsas tutaraq 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdlərinin iştirakı ilə “Gəlin tanış olaq”müsabiqəsinin keçirilməsi qərara alınmışdır. Müsabiqədə şagirdlərin yaşadıqları ərazinin quruluşu, spesifikliyi, maddi-mədəni irsi haqqında biliklərin formalaşmasına təkan vermək məqsədinə xidmət etmək nəzərdə tutulmuşdur. Müsabiqədə məktəbimizin IXa sinif şagirdi Zeynəb İbişova da fəal iştirak etmişdir.O, yaşadığı Keşlə qəsəbəsinin maddi-mənəvi irsi dəyərlərini, etnoqrafiyasını, tarixi mədəniyyət abidələrini araşdırmış, elm xadimləri, görkəmli şəxsiyyətləri, haqqında araşdırma aparmışdı. Nizami rayonunda 1936-cı ildən yaranmış Keşlə qəsəbəsinin adının mənası, əhalisinin sayı araşdırılmışdır. XVII əsrə aid olan Şah Abbas məscidinin tarixi haqqında məlumatlar əldə edilmişdir.Hal-hazırda Keşlədə mövcud olan uşaq bağçaları, məktəb binaları, ATS və Poçt binasının, xəstəxanaların fəaliyyəti ilə yaxından tanış olunmuşdur.Vaxtı ilə Böyük Vətən Müharibəsi iştirakçıları və son zamanlar şəhid olmuş qəhrəmanlarımızın ailələri ilə görüş keçirilmişdir.Bütün bu araşdırılmalar video görüntülər, foto şəkillər ilə yaddaşa yazılmış, toplanmış elmi biliklər isə təqdimat şəklində təqdim olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi