Pedaqoji Şura İclası Keçirildi.
31.01.2025-ci il tarixində Liseydə növbəti Pedaqoji Şura iclası keçirildi. İclasın əsas məqsədi tədris prosesinin gedişatını təhlil etmək, əldə olunan nəticələri qiymətləndirmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək idi.
Birinci yarımilin hesabatı dinlənildi və müəllimlərin təcrübələri əsasında əldə olunan nailiyyətlər müzakirə edildi. Şagirdlərin dərs müvəffəqiyyəti, onların iştirak səviyyəsi və ümumi tədris prosesindəki nəticələri təhlil olundu.
Bununla yanaşı, ikinci yarımildə görüləcək işlər barədə ətraflı danışıldı. Təhsilin keyfiyyətinin artırılması, şagirdlərin fənlərə marağının artırılması və fərdi yanaşma metodlarının təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verildi.