HAQQIMIZDA

1887-ci ildən fəaliyyət göstərən "H.Mahmudbəyovun məktəbi" adı ilə tanınan 2 nömrəli TH liseyi Bakıda ən qocaman məktəblərdən biridir. Lisey Bakıda fəaliyyətə başlayanda rus-tatar məktəbi adı ilə tanınaraq şöhrət qazanıb. Təhsil ocağı minlərlə istedadlı məzunları ilə Respublikamızın adını dünya ölkələrinə tanıdan şagirdlər yetişdirmişdir. Liseyin məzunları - tanınmış ədəbi şəxsiyyətlər,siyasi və ictimai xadimlər, müəllim, idmançılar ölkəmizdə və ölkəmizdən kənarda öz işləri ilə yüksək fəaliyyət göstərirlər. Liseyin binası B.Sərdarov 24A ünvanında yerləşir.

 

Hal-hazırda liseydə 27 sinif otağı, idman zalı, zəngin kitabxana, akt zalı və yeməkxana şagirdlərin istifadəsindədir. Liseydə 523 şagird təhsil alır. İnformatika, riyaziyyat, fizika,ədəbiyyat, coğrafiya, biologiya kabinetləri mövcuddur. Hər bir sinif otağında və liseyin həyətyanı sahəsində kamera sistemi mövcuddur.

 

Liseyimizin riyaziyyat müəlliməsi Kazımova Nərgiz Təhsil Nazirliyinin 2009-cu il 30 sentyabr tarixli 505 nömrəli sərəncam ilə təhsildə əldə etdiyi naliyyətlərə görə"Tərəqqi medalı, 2015-ci il 2 oktyabr 1432 nömrəli sərəncamı ilə "Əməkdar müəllim", 2014-cü ilin 25 sentyabr 11/1109 nömrəli əmri ilə "Qabaqcıl təhsil işçisi döş nişanı", pedaqoji sahədə səmərəli fəaliyyətinə görə 2008-ci il 4 oktyabr tarixində "Fəxri Fərman" təltif olunub.

 

Liseyimizin biologiya müəllimi Musayeva Sevil  şagirdlərin , təhsilin inkişafında verdiyi töhvəyə görə Azərbaycan  Respublikasının Prezidentinin fərmanı ilə TƏRƏQQİ medalı ilə təltif olunmuşdu.

 

Liseydə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan 56 nəfər pedaqoji müəllim heyəti öz dərin bilik və bacarıqlarını şagirdlərdən əsirgəmir. Liseyimiz şagirdləri  respublika  fənn olimpiadalarında, müxtəlif beynəlxalq olimpiadalarda qalib olmuşlar. Şagirdlərimiz idman yarışlarında fəal iştirak edərək həmişə əvvəlinci yerləri tutmuşdur. 128 illik fəaliyyəti dövründə bu təhsil ocağı bu gündə əzmlə fəaliyyət göstərərək müstəqil dövlətimizin çiçəklənməsindən fəal iştirak edir.

 

2020-2021-ci tədris ili üzrə Beynəlxalq Fənn Olimpiadasında riyaziyyat fənni üzrə Musazadə Elçin bürünc və gümüş, Respublika Fənn Olimpiadasında qızıl medal, beynəlxalq Fənn Olimpiadasında biologiya fənni üzrə Vəliyeva Aytac bürünc, Respublika Fənn Olimpiadasında isə gümüş medal qazanmışdır. 2011-ci il Liseyi qızıl medal ilə bitirmiş Əsgərli Zeynəb, 2012-ci il Hacı Eynar, 2011-ci il 696 ballı Əsgərli Aygün, 2013-cü il prezident təqaüdçüsü Vəlişova Günel və bu məzunları kimi daha yüzlərlə şagirdləri ilə fəxr edir.Liseyimizi qızıl medalla bitirmiş və qəbul imtahanlarında ən yüksək bal toplayaraq Prezident təqaüdü məzunları ilə liseyin adını ucaldır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi