Turanə Məcidli Aslan qızı 08.09.1990 tarixində Bakı şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin kimya fakultəsinin bakalavr, 2013-2015-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakultəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə MİQ müsabiqəsində uğur qazanaraq Səbail rayonu 329 nömrəli tam orta məktəbdə kimya müəllimi fəaliyyətinə başlamışdır. 2020-ci ildə “Landau School ” beynəlxalq məktəbində bir illik ixtisasartırma təlimində iştirak etmiş, ingilis dilində kimya və təbiət fənlərini tədris etmişdir. 2021-2022-ci tədris ilində “Bakı Modern Beynəlxalq məktəbi”ndə Science (Təbiət) müəllimi kimi ingilis dilində tədris aparmışdır. 2022-ci ildə Elm və Təhsil Nazirliyi və ADPU-in birgə layihəsi olan “Məktəb Liderliyi” proqramında iştirak etmişdir. 2022-ci il 5 oktyabr tarixində Bakı şəhər üzrə Təhsil idarəsinin “direktor müavinlərinin işə qəbulu” müsabiqəsində uğur qazanaraq, 106 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü il 27 yanvar tarixində 2 nömrəli Texniki Humanitar liseyə direktor vəzifəsinə təyin olunmuşdur. 2023-cü ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində " Bilgə Qarabağ" layihəsi ilə qalib olmuşdur. 2024-cü ildə Project Management Institute Southern Italy institutu ilə online birgə əməkdaşlıq çərçivəsində Project Management Skills for Life təlimində tutor müəllim kimi sertifikat qazanmışdır. 2024/2025-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Təhsilin Təşkili və Planlaşdırılması” ixtisası üzrə doktorantura təhsili alır. Müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə iştirak etmişdir. Ailəlidir,2 övladı var.
Tahirzadə Ülviyyə Məmmədemin qızı 30/08/1973-ci ildə Bakı şəhərində anadan olub.
Əlaqəli xəbərlər
"Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl Şəbəkəsi" müsabiqəsi
1971-1981-ci illər ərzində Göyçay şəhər 3 nömrəli orta məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra Göyçay şəhər 4 nömrəli uşaq bağçasına tərbiyəçi vəzifəsinə təyin edilib. 1983-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstutunun rus dili və ədəbiyyatı şöbəsinə daxil olub. 1988-ci ildə həmin institutu bitirib Bakı şəhər 7 nömrəli orta məktəbə rus dili və ədəbiyyatı müəllimi təyin olunub. 1989-cu ilin mart ayından kğçürülmə yolu ilə Bakı şəhəri 236 nömrəli orta məktəbə rus dili və ədəbiyyatı müəllimi təyin olunub. 2000-ci ildən indiyə qədər Bakı şəhəri, 2 nömrəli H.Mahmudbəyov adına texniki-humanitar elmlər liseyində tərbiyə işləri üzrə direktor müavini və rus dili və ədəbiyyatı müəllimi kimi çalışır. 2006-cı ildə Slavyan Universiteti tərəfindən Yenidənhazırlanma 2-ci təhsil olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimi diplomu almışam. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən № İ-I-4578 2018-ci il 1 mart tarixli 3729 nömrəli sərəncamı ilə "Tərəqqi " medalı ilə təltif olunmuşdur. Ailəlidir. 2 övladı var.
Əlaqəli xəbərlər
Xocalı qan yaddaşımızdır
"Uğurunuz bol olsun, əziz müəllimim"
1977-ci ildə Bakı Ümumqoşun Komandirlər məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbi motoatıcı komandir ixtisası üzrə bitirib və Leytenant hərbi rütbəsi almışdır. 1981-1991-ci illərdə Sovet Ordusunda, 1991-2009-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit vəzifələrində xidmət edib. 2009-cu ildə son yaş həddinə çatdığı üçün Polkovnik-Leytenant rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılıb. "Qarabağ müharibəsi" və Silahlı Qüvvələr veteranıdır. 2010-cu ildən hal-hazırda Bakı şəhəri Səbail rayonu H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyində hərbi rəhbər vəzifəsində işləyir. Ailəlidir. 2 övladı var.
Əlaqəli xəbərlər
31 mart Azərbaycanlıların Soyqırım Günü
1887-ci ildən fəaliyyət göstərən "H.Mahmudbəyovun məktəbi" adı ilə tanınan...
2THL- in 6 sinif şagirdi ŞAHVƏLƏDOVA NİGAR SASMO BEYNƏLXALQ OLİMPİADASININ QIZIL MEDALINI qazanmışdır
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi