Liseyimizdə 20 Yanvar faciəsinin anım günü şagirdlərimiz tərəfindən keçilmiş mövzuya uyğun olaraq təhlil edilmiş və faciənin qurbanları yad edilmişdir.

Fənüstü əlaqələndirmə üsulundan istifadə edərək Ç.Aytmatovun “Manqurt” əsəri ilə 20 Yanvar faciəsi qarşılıqlı müqayisə edilmişdir. Fənn müəllimi Ellada Həziyeva və 7c sinif şagirdləri 20 Yanvar faciəsinin qəhrəmanlarını yad edərək onların şücaətini əsərin qəhrəmanı Jelomanın həyatı ilə əlaqələndirib təhlil etmişlər.

Üzərindən 35 il keçsə də, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində baş verən qanlı hadisə xalqımızın yaddaşında silinməz izlər buraxıb. Dünya tarixinə 20 Yanvar faciəsi kimi düşən bu hadisə Azərbaycanın milli müstəqillik hərəkatında çox böyük rol oynadı və azadlığa gedən yolun qansız-qadasız ötüşmədiyini bir daha təsdiq etdi.

Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi