“Uşaqlar bizim Gələcəyimizdir ” və "Narkotik əsrin bəlasıdır zərərli vərdişlərə yox deyək" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.

19 Dekabr 2024 -cü il tarixində Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə 2 nömrəli Texniki- Humanitar lisey, “Uşaqlar bizim Gələcəyimizdir ” və "Narkotik əsrin bəlasıdır zərərli vərdişlərə yox deyək" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.

“Ağ ölüm”ün zərərləri, narkotik vasitə aludəçilərinin qarşılaşdıqları problemlər barədə məktəbliləri məlumatlandıran Səbail Rayon Polis idarəsinin rəis müavini polis polkovnik -leytenant Nəriman Bayramov çıxış edərək narkomanlığa qarşı aparılan qətiyyətli mübarizədən söz açıb.

Daha sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris korpusunun istifadəyə verilməsi eyni zamanda Kursantlar üçün yaradılmış müasir meyarlara cavab verən təhsil prosesi ilə bağlı videoçarx nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi