Şagird Nailiyyəti

Liseyimizin 5B sinif şagirdi Məmmədli Cəlil Fibonacci Robot Olimpiadalarında iştirak edərək 2-ci yerə layiq görülmüşdür.
Yarışa 120-dən çox komanda qatılıb və olimpiada süni intellekt, robot texnologiyaları və mühəndislik sahələrində bilik və bacarıqların artırılmasına töhfə verməyi hədəfləyir.
Gələcəyin ixtiraçısı, istedadlı şagirdimiz Cəlili təbrik edir, ona gələcək ixtiralarında uğurlar arzulayırıq.