"Bir fatehin divanı"
Bəllidir ki,Nadir şah Əfşarın fəaliyyəti xan və şah dövrü olaraq qiymətləndirilir.Bir tərəfdən şəninə əsərlər yazılmış,adı Əmir Teymur, İsgəndər kimi fatehlərlə bir sıraya yüksəlmiş,digər tərəfdən dövrünün qəddar qaniçən ,hakimiyyət hərisi bir şah kimi dəyərləndirimişdir
Doğrudur, onun qaniçən fars hökmdarı kimi dəyərləndirilməsində sovet tarixçilərinin böyük və məqsədli rolu olmuşdur.
Məhz bu istiqamətdə qoyulan problemləri 8c sinifi "Bir fatehin divanı" adlı səhnələşdirilmiş yaradıcı tarix dərsində həll etməyə çalışdı.İddiaçı, müdafiəçi, şahid (Şah II Təhmasib, Hacı Çələbi xan) ifadələri ilə yanaşı Nadir şah Əfşar da dinlənildi.Ən sonda Hakim öz hökmünü verdi.
Məqsəd, Nadir Şahın tarixdəki yerini və onunla bağlı mövcud olan müxtəlif nəzəriyyələri araşdırmaqdır
Fənn müəllimi Sevil Nəsibova bildirdi ki,bu dərslər, şagirdlərin düşünmə bacarıqlarını inkişaf etdirərək, tarixi hadisələrə daha dərin və tənqidi yanaşmalarını təşviq edir. Eyni zamanda, müasir tarix araşdırmalarının nə qədər əhəmiyyətli olduğunu vurğulayır.Kim bilir bəlkə məhz bu divanın üzvlərindən biri fateh Nadir şah haqqında həqiqətləri üzə çıxaracaq.