20 Yanvar 1990-cı il....

Azadlığa gedən yolun zirvəsi. Zaman ötür.İllər əsrlərə,əsrlər minilliklərə tarixə çevrilir.Zaman axınında baş verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən sonra yaddan çıxır,unudulur,amma elə hadisələr də var ki, xalqın,millətin yaddaşında əbədiləşir.

20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil,həm də istiqlal mücadiləsinin qələbəsi,milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.

35 ildir Azərbaycan xalqı bu günü ,vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Xalqımızın əyilməz polad əzminin nümunəsi olan 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək üçün liseyin 5 d sinif şagirdləri 16.01.2025-ci il tarixdə Sinifdənxaric və məktəbdənkənar Tərbiyə işləri üzrə Təşkilatcı Kəmalə Abbasovanın rəhbərliyi altında "Şəhidlər xiyabanını"ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi