Liseydə Naxçıvanın 100 illiyinə həsr olunmuş breyn-rinq keçirildi.

Hər daşında tarix olan qədim bir diyardır Naxçıvan. Bu torpaq İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət qazanmışdır. Naxçıvan Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və elminə dəyərli şəxsiyyətlər bəxş etmişdir.

Bu şəxsiyyətlərin Azərbaycanın ictimai fikir tarixinin formalaşmasında böyük xidmətləri vardır. Qədim tarixə və zəngin mədəni irsə malik olan Naxçıvan, həmçinin möhtəşəm memarlıq abidələri və qədim yaşayış məskənləri ilə diqqət çəkir.

Liseyimizdə Naxçıvanın 100 illiyinə həsr edilmiş breyn-rinq keçirildi. Məqsəd xəyalən Naxçıvana səyahət edərək onun mədəniyyəti, tarixi abidələri və görkəmli şəxsiyyətləri ilə bağlı biliklərimizi yoxlamaq və bu bilikləri daha da dərinləşdirmək, eyni zamanda doğma diyara olan sevgimizi ifadə etməkdir. Breyn-rinqdə bir-birindən maraqlı suallar səsələndirildi. Diqqəti çəkən məqamlardan biri də komandların tərkibində şagirdlərlə yanaşı müəllimlərin də iştirak etməsi idi. Sonda qalib komanda mükafatlandırıldı.

Şagirdlərimizdə Azərbaycanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına maraq yaratdığına görə, həmçinin yarışı təşkil etdiyi üçün liseyimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Hümbətova Gülnara təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi