“Ailəm və Məktəbim” layihəsi çərçivəsində valideyn təltif olunub

    Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji və psixoloji əsaslarla, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində qurulması, təhsilalanların motivasiya, əxlaqi dəyərlər və ictimai məsuliyyət hisslərinin inkişafı məqsədilə məktəbimizdə “Ailəm və Məktəbim” layihəsi uğurla həyata keçirilir.

Layihə çərçivəsində valideyn Samirə Hüseynovanın dəstəyi ilə məktəbin foyesində “Xoş anların ağacı” adlı dekorativ kompozisiya hazırlanmışdır. Şagirdlərimizin və məktəb həyatının daha da mənalı təşkili istiqamətində göstərdiyi bu dəyərli əməkdaşlığa görə Samirə Hüseynova məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olundu.

#Məktəb191 #AiləmVəMəktəbim #XoşAnlarınAğacı #MəktəbAiləƏməkdaşlığı #191NömrəliMəktəb #BakıTəhsilİdarəsi #EduAz #TəhsilLayihəsi #BirlikdəGüclüyük #ValideynDəstəyi #AiləMəktəbinTəməli #TəhsildəDəyər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi