Nailiyyətlərimiz

Pedaqoji mühazirə qalibləri mükafatlandırılıbYanvarın 30-da ötən dərs ilində keçirilən respublika pedaqoji mühazirə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Məktəbimizin müəllimi Şəlalə Əskərovada qaliblər sırasında yer alıb. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu pedaqoji mühazirələrin əhəmiyyətindən danışıb. Vəfa Yaqublu bildirib ki, mühazirələrin keçirilməsində məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdir. Eyni zamanda yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq da bu sıraya daxildir. Vəfa Yaqublu keçirilən mühazirələrin pedaqoji ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılandığını da xüsusi vurğulayıb. Çıxışının sonunda Vəfa Yaqublu qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

Məktəbimiz təşəkkürnamə ilə təltif olunduBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirdə məktəbimiz səmərəli və uğurlu fəaliyyətinə, şagirdlərin təlim-tərbiyəsində əldə etdiyi uğurlarına görə təşəkkürnamə ilə təltif olunmuşdur. Təhsil sahəsində əməyimizin qiymətləndirilməsinə görə BŞTİ-nə öz minmətdarlığımızı bildiririk. Bu uğurların əldə edilməsindəki roluna görə məktəbimizin kollektivinə təşəkkür edirik.

I ixtisas qrupu üzrə ən yüksək nəticə191 nömrəli tam orta məktəbin XI b sinifinin məzunu Əsmər Hacızadə Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının ən yüksək nəticəsi olan 690.5 bal toplamışdır. Yüksək bal topladığına görə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Əsmər Hacızadə ilə görüşüb. Qeyd edək ki, Əsmər Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasını seçib. Əsmər Hacızadəni təbrik edən rektor Elmar Qasımov ona tədris dönəmində və gələcək karyerasında uğurlar arzu edib. Görüş zamanı Əsmər Hacızadə gələcəkdə ölkəmizin inkişafı üçün peşəkar mütəxəssis kimi yetişməsində bütün imkanlardan istifadə edəcəyini bildirib.

HAQQIMIZDA

Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Məktəbdə 102 nəfər müəllim çalışır.  Cari dərs ilində məktəbin 58 sinfində 1458 şagird təhsil alır. Siniflərdə şagirdlərin orta sıxlığı 25 nəfər, şagird-müəllim ...

BİZİM FƏXRLƏRİMİZ

Cavad Yusifov Mobil

Validə Salamova Emil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM