Məktəbin 9j sinif şagirdi Cavad Yusifov Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq Karate Kuşinko idman növü üzrə Qafqaz Çempionatında iştirak etmişdir. Cavad 14-15 yaş qrupu üzrə 70 kq çəki dərəcəsində çıxış etmişdir. Əzmkar çıxışı ilə seçilən idmançımız finalda 2 gürcü, 1 erməni rəqibinə qalib gələrək I yerə layiq görülmüşdür və kubok, diplom, medal ilə təltif edilmişdir. İdmançı şagirdimizi təbrik edirik və bu cür qələbələrinin davamlı olmasını arzu edirik.