Kiçik Akademiya

"Kiçik akademiya"-nın üzvlərinin hesabat iclası keçirildi7.06.2021-ci il tarixdə məktəbin " Kiçik akademiya"-nın üzvlərinin hesabat iclası keçirildi. İclasda bu tədris ilində akademiyanın apardığı işlər barədə danışılıb. Akademiyanın rəhbəri Həşimova Ş. öz çıxışında bildirib ki, pandemiya şəraitində işlər bir qədər zəif olsa da, yenə də akademiya işini davam etdirmişdir. Akademiya üzvləri il ərzində "Qarababağ Azərbaycandır" mövzusunda videoçarxlar hazırlamışlar: "Qarabağın enerji təminatı", Qarabağda "Ağılı kənd" və "Ağıllı şəhər" yaradılması mövzularında. İclasda 9j sinif şagirdi Məmmədov Arifin "Qarabağda alternativ energetikanın tətbiqi" mövzusunda hazırladığı iş dinlənildi. İclasda yay tətili müddəti ərzində çalışmaları üçün akademiya üzvlərinə tövsiyyələr verildi: 1. Humanitar qrupa tapşırıq: "Azərbaycan Respublikasının dövlət sərhədləri 1918- ci ildən 1988-ci ilədək və 1994-2021-ci ilədək araşdırmaq. Bunun üçün dövlət tarix müzeylərinə və kitabxanalara müraciət etmək. 2. Texniki qrupa tapşırıq: "Ağıllı kənd" və " Ağıllı şəhər" layihələrinin araşdırılması, Qarabağda tətbiqinin perspektivləri. #TəhsilNazirliyi #BŞTİ #191saylıməktəb #KiçikAkademiya

Ətraflı

Kiçik Akademiyanın iclası keçirildi          Bu gün Kiçik Akademiyanın növbəti iclası keçirildi. İclasda Bakı Şəhəri Təhsil İdarəsinin təşəbbüsü ilə KA-nın üzvləri arasında həyata keçirilən "Tədqiqatçılıq" müsabiqəsinin keçirilmə qaydaları, müsabiqənin əhəmiyyəti və məzmunu barəsində geniş məlumat verildi. Müsabiqə 8-10-cu sinif şagirdləri arasında keçiriləcək və 3 mərhələdən ibarət olacaq. Müsabiqənin ilk məktəbdaxili mərhələsi 21 noyabr-4 dekabr tarixləri arasında keçiriləcək. Məktəb üzrə bir "Ən yaxşı araşdırma işi" seçilərək II mərhələyə təqdim ediləcək. Final mərhələsində isə qalib olan şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Ətraflı

29.10.19-cu ildə Kiçik Akademiyanın iclası keçirildi      Keçən il təşkil edilmiş Kiçik Akademiya bu ildə öz fəaliyyətini davam etdirir. 29.10.19-cu ildə Kiçik Akademiyanın iclası keçirilmişdir. İclasda KA-nın prezidenti təyin edildi. Bununla yanaşı texniki, təbiət və humanitar fənlər üzrə görüləcək işlər müəyyənləşdirildi. Bu il şagirdlərin tətqiqat aparacaqları mövzular müzakirə olundu və şagirdlərə tövsiyyələr verildi. Növbəti iclasda şagirdlərə təqdim edəcəkləri işlərin planının hazırlamaqları tapşırıldı.

Ətraflı

Kiçik Akademiyanın növbəti iclası keçirildi        7 may tarixində Kiçik Akademiyanın növbəti iclası keçirildi. İclasda tarix bölməsi üzrə elmi rəhbər Zeynəb Əkbərovanın rəhbərliyi altında 2 təqdimat dinlənild. 8 b sinfinin şagirdləri Əflaki Mehdinin "ll dünya müharibəsi" və Həsənli Minurənin "Səfəvi Osmanlı müharibələri hər iki türk dövlətinə necə təsir etdi?  Şagirdlərə dinlənilən təqdimatlar barədə tövsiyyələr verildi.

Ətraflı
HAQQIMIZDA

    Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Məktəbdə 96 nəfər müəllim çalışır.  Cari dərs ilində məktəbin 59 sin...

BİZİM FƏXRLƏRİMİZ

Hilal Təhməzov Ramil

Aysel Mahmudlu Valeh

HAQQIMIZDA

    Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Məktəbdə 96 nəfər müəllim çalışır.  Cari dərs ilində məktəbin 59 sin...

BİZİM FƏXRLƏRİMİZ

Hilal Təhməzov Ramil

Aysel Mahmudlu Valeh

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi