Kiçik Akademiyanın iclası keçirildi

          Bu gün Kiçik Akademiyanın növbəti iclası keçirildi. İclasda Bakı Şəhəri Təhsil İdarəsinin təşəbbüsü ilə KA-nın üzvləri arasında həyata keçirilən "Tədqiqatçılıq" müsabiqəsinin keçirilmə qaydaları, müsabiqənin əhəmiyyəti və məzmunu barəsində geniş məlumat verildi. Müsabiqə 8-10-cu sinif şagirdləri arasında keçiriləcək və 3 mərhələdən ibarət olacaq. Müsabiqənin ilk məktəbdaxili mərhələsi 21 noyabr-4 dekabr tarixləri arasında keçiriləcək. Məktəb üzrə bir "Ən yaxşı araşdırma işi" seçilərək II mərhələyə təqdim ediləcək. Final mərhələsində isə qalib olan şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi