HAQQIMIZDA

    Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Məktəbdə 96 nəfər müəllim çalışır.  Cari dərs ilində məktəbin 59 sinfində 1431 şagird təhsil alır. Siniflərdə şagirdlərin orta sıxlığı 25 nəfər, şagird-müəllim nisbəti 13-dir. Bütün sinif otaqları internet şəbəkəsinə qoşulmuşdur. Bəzi otaqlar elektron lövhələrlə təchiz olunmuşdur. 4 kompüter otağı, müəllimlər otağı, tibb məntəqəsi, zəngin kitabxana, bufet, müxtəlif idman avadanlıqları ilə təmin olunmuş idman zalı və akt zalı mövcuddur. Məktəbdə bütün fənləri ixtisaslı müəllimlər aparır. Məktəb beş günlük iş rejimində, iki növbədə işləyir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə 191 saylı orta məktəb 2008/2009-cu tədris ilində keçirilmiş “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş, Azərbaycan Respublikası Təhsil Naziri Misir Mərdanov tərəfindən təltif edilmişdir. 2012-2013-cü tədris ilində isə ikinci dəfə “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüşdür. Şagirdlər hər iki növbədə dövlət himninin sədaları altında məktəbə daxil olur. 

    Hər il məktəbin şagirdləri müxtəlif müsabiqə, fənn olimpiadaları, intellektual, hərbi və idman yarışlarında iştirak edərək nəaliyyətlər əldə edirlər. Şagirdlər rayon, şəhər və respublika üzrə keçirilən müxtəlif idman yarışlarının, sərgi və müsabiqələrin iştirakçısı və qalibləri olmuş, diplom və kuboklara sahib olmuşlar. Məktəbimizdə təlim-tərbiyə işi ilə yanaşı məktəbdən kənar tarixi günlər, bayramlar qeyd olunur, fənn gecələri keçirilir, şagirdlərə vətənpərvərlik hissi aşılanır.

2021-2022-ci ildə 600 dən yüksək bal toplayaraq Respublikamızın qabaqcıl ali məktəblərinə qəbul olan məzunlarımız var.

Facebook səhifəmiz:   https://www.facebook.com/profile.php?id=100014160091196

Baki mektebleri səhifəmiz:    https://bakimektebleri.edu.az/191/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi