"Kiçik akademiya"-nın üzvlərinin hesabat iclası keçirildi

7.06.2021-ci il tarixdə məktəbin " Kiçik akademiya"-nın üzvlərinin hesabat iclası keçirildi. İclasda bu tədris ilində akademiyanın apardığı işlər barədə danışılıb. Akademiyanın rəhbəri Həşimova Ş. öz çıxışında bildirib ki, pandemiya şəraitində işlər bir qədər zəif olsa da, yenə də akademiya işini davam etdirmişdir. Akademiya üzvləri il ərzində "Qarababağ Azərbaycandır" mövzusunda videoçarxlar hazırlamışlar: "Qarabağın enerji təminatı", Qarabağda "Ağılı kənd" və "Ağıllı şəhər" yaradılması mövzularında. İclasda 9j sinif şagirdi Məmmədov Arifin "Qarabağda alternativ energetikanın tətbiqi" mövzusunda hazırladığı iş dinlənildi. İclasda yay tətili müddəti ərzində çalışmaları üçün akademiya üzvlərinə tövsiyyələr verildi: 1. Humanitar qrupa tapşırıq: "Azərbaycan Respublikasının dövlət sərhədləri 1918- ci ildən 1988-ci ilədək və 1994-2021-ci ilədək araşdırmaq. Bunun üçün dövlət tarix müzeylərinə və kitabxanalara müraciət etmək. 2. Texniki qrupa tapşırıq: "Ağıllı kənd" və " Ağıllı şəhər" layihələrinin araşdırılması, Qarabağda tətbiqinin perspektivləri. #TəhsilNazirliyi #BŞTİ #191saylıməktəb #KiçikAkademiya
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi