Nailiyyətlərimiz

Məktəbimiz “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası” nominasiyasının qalibi olduMəktəbimiz BŞTİ-nin təşkil etdiyi "Ekologiya və Sağlamlıq" layihəsi çərçivəsində mart ayının “Alternativ enerji” mövzusu üzrə “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası” nominasiyasında qalib məktəblərdən biri olmuşdur. Məktəbimizin şagirdləri Əflaki İlahə və Əliyev Rüfət İTV-də yayımlanan verilişdə iştirak edərək ekoloji cəhətdən təmiz enerjinin alınmasını əyani nümayiş etdirmişlər.

"Milli Nağıl Müsabiqəsi"nin qalibləri16 dekabr 2016-cı il tarixində keçirilmiş "Milli Nağıl Müsabiqəsi"nin nəticələrinə əsasən məktəbimizin 3d sinfinin komandası"Tıq-tıq xanım" tamaşasının uğurlu çıxışına görə II yerin sahibi olmuş və diplomla təltif edilmişlər. Şagirdlərin müsabiqələrdə çıxışı və qazanılacaq naliyyətləri məktəb rəhbərliyinin hər zaman diqqət mərkəzindədir.Şagird uğurunun qiymətləndirilməsi onlarda yeni müvəffəqiyyətlərin qazanılmasına stimul yaradır.Əziz şagirdlər ugurlarınız bol olsun!

OLİMPİADA İŞTİRAKÇILARIMIZ13 yanvar 2017-ci il tarixində 229 nömrəli tam orta məktəbdə VII-VIII sinif şagirdləri üçün Rus dili Olimpiadası keçirilmişdir.Bu Olimpiada Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və “Rossotrudniçestvo” nın nümayindəliyi tərəfindən təşkil edilmişdir.Olimpiada da məktəbimizin 7a sinif şagirdi Quliyev Əbülfəz, 8ç sinif şagirdi Pirimov Fərid (azərbaycan bölməsi) 8j sinif şagirdləri -Albendova Güllü və Borisova Valeriya (rus bölməsi) uğurlu çıxış etdikləri üçün sertifikatla təltif edilmişlər.

HAQQIMIZDA

    Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Məktəbdə 96 nəfər müəllim çalışır.  Cari dərs ilində məktəbin 59 sin...

BİZİM FƏXRLƏRİMİZ

Lamiyə Məmmədova Xankişi

Sevinc İsazadə Məhərrəm

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi