Nailiyyətlərimiz

Şagirdimizin dünya çempionatında əldə etdiyi uğuruMəktəbimizdə idman sahəsində fəaliyyət göstərən şagirdlərin uğurları davam edir. Məktəbin 8ç sinif şagirdi Təhməzov Hilal Ramil oğlu “WORLD LİGHT CONTACT KARATE” Confedirasiyası tərəfindən 30 noyabr- 4 dekabr tarixlərində təşkil edilmiş dünya çempionatında iştirak etmişdir. Qeyd edək ki, dünya çempionatında 12 dövlətdən yüzlərlə idmançı iştirak edirdi. Hilal karate idman növünün “Light Contact Karate” kateqoriyasında 13 yaşlılar arasında 50-55 kq çəki dərəcəsi üzrə III yerə layiq görülmüş medal və diplomla təltif edilmişdir. Hilalın və idman sahəsi üzrə xüsusi bacarıqları ilə seçilərək uğur qazanan şagirdlərimizin nailiyyətləri hər zaman bizi sevindirir. Məktəb rəhbərliyi və kollektivi adından idmançı şagirdlərimizi təbrik edir və uğurlarının davamını diləyirik.

İdmançı şagirdimizin qələbəsi191 nömrəli tam orta məktəbin 7d sinif şagirdi Əliyev Tofiq isə Cüdo üzrə “Ruslan” idman sağlamlıq mərkəzinin açıq birinciliyində I yerə layiq görüldüklərinə görə Diplomla təltif edilmişlər.

Şagirdlərimizin idman sahəsində uğurları191 nömrəlitam orta məktəbin 2j sinif şagirdi Yəhyazadə Nərgiz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhid olmuş Hüseynov Valeh Mirzə oğlunun xatirəsinə həsr olunmuş Karate-Do Şotokan növü üzrə turnirdə I yerə layiq görülərək diplomla təltif edilmişdir.

HAQQIMIZDA

    Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Məktəbdə 96 nəfər müəllim çalışır.  Cari dərs ilində məktəbin 59 sin...

BİZİM FƏXRLƏRİMİZ

Nurlan Məhərrəmov Loğman

Püstəxanım Kərimova Əlibala

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi