Nailiyyətlərimiz

KİÇİK İDMANÇIMIZArpaçay Karate Klubunun təşkil etdiyi “ 26 fevral Xocalı Soyqırımı”na həsr olunmuş Karate üzrə klublar arası keçirilmiş turnirdə məktəbimizin 1j sinif şagirdi Yəhyazadə Nərgiz 8 yaşlılar arası 20 kq çəki dərəcəsi üzrə I yerə layiq görülmüşdür.

QAZANILAN UĞURLARMəktəb şagirdlərimizin hər sahədə qazandıqları uğurlari davam edir. Belə ki, Xətai rayonu İcra Hakimiyyətinin təşkil etdiyi Xocalı Soyqırımının 25-ci il dönümünə həsr edilmiş “Müharibə uşaqların gözü ilə”mövzusunda keçirilmiş inşa və rəsm müsabiqəsində məktəbimizin 9c sinif şagirdi Muradlı Günay və 8j sinif şagirdi Abıyeva Aynurə müsabiqəyə təqdim etdikləri rəsm işlərinə görə, 9a sinif şagirdi İbrahimli Aidə isə inşa yazı işinə görə Fərqləndirmə diplomuna layiq görülmüşlər. Həmçinin məktəbimizin 4 ç sinif şagirdi Həsənli Kamil İbtidai siniflər arasında 8 Mart Qadınlar bayramı münasibəti ilə təşkil edilmiş “Ana müqəddəsdir” şer müsabiqəsində uğurlu çıxışına görə Fəqlənmə diolomuna layiq görülmüşdür.

GİMNASTİKA ÜZRƏ I YERMəktəbimizin 6a sinif şagirdi Allahverdiyev İlyas Elşən oğlu “Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərində akrobatika gimnastikası idman növü üzrə I yer tutduğuna görə diplom və medalla təltif edilmişdir.

HAQQIMIZDA

    Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Məktəbdə 96 nəfər müəllim çalışır.  Cari dərs ilində məktəbin 59 sin...

BİZİM FƏXRLƏRİMİZ

Əsmər Hacızadə Araz

Sitarə Yusifova Elxan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi