Nailiyyətlərimiz

Məktəbimizin məzunu qızıl medal ilə təltif edildiAzərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramov 30 iyul 2019-cu il tarixdə "Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında" əmr imzalamışdır. Təhsil nazirinin müvafiq əmrinə əsasən 191 nömrəli tam orta məktəbin XI sinif məzunu Babazadə Nicat qızıl medal almışdır. Eyni zamanda Nicat 665 bal toplayaraq tələbə adını qazanmışdır. Nicatı təbrik edirik ona müvəffəqiyyətlər və uğurlar arzu edirik.

İdmançı şagirdimizin uğuru26.12.2018 tarixində 191 nömrəli məktəbin 9 b sinif şagirdi Süleymanov Səfər ”T.C.Samsun Valisi Gənclik Hizmətləri və Spor İl Müdürlüyü ” tərəfindən təşkil olunmuş Samsun şəhərində keçirilən “DSİ İnternational CADET And Junior Cup Samsun” müsabiqəsində 46 kq çəki dərəcəsində yarışlarda çıxış etmişdir. Şagirdimiz II yerə layiq görülmüş, diplom və medal ilə təltif edilmişdir. Qazandığı uğur münasibəti ilə Səfəri təbrik edirik və növbəti yarışlarda daha yüksək nailiyyətlər əldə etməsini ümid edirk.

Məktəbimiz “Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibli oldu24.01.2019 tarixində Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təşkil edilmiş tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin müvafiq struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsinə məsul şəxslər iştirak edirdilər. Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqədə 191 nömrəli məktəb də Münsiflər heyəti tərəfindən qalib seçilmişdir. Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ilk öncə müsabiqə qaliblərini təbrik edərək, müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. Sonra müsabiqədə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. 191 nömrəli tam orta məktəbin kollektivini, məktəbimizin qaliblər sirasında olması münasibəti ilə təbrik edirik və 2018-2019-cu ildə də qalib olmasini arzu edirik.

HAQQIMIZDA

    Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Məktəbdə 96 nəfər müəllim çalışır.  Cari dərs ilində məktəbin 59 sin...

BİZİM FƏXRLƏRİMİZ

Lamiyə Məmmədova Xankişi

Babək Cəfərli Bəhram

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi