“Ailə və Məktəb" birliyinin rəmzi olaraq “Xoş anların ağacı” adlı dekorativ kompozisiya hazırlanıb

Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji və psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında qurulması, təhsilalanlarda motivasiya hissinin, əxlaqi şüurun formalaşması, uşaqların özünü dərk etməsi və cəmiyyətdəki rolunu müəyyənləşdirməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Ailəm və məktəbim” layihəsi həyata keçirilir.
Cəmiyyətin təməlini təşkil edən və milli-mənəvi dəyərləri yaşadan ailələrlə ümumtəhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq edən bu layihə çərçivəsində müxtəlif tədbirlər icra olunur. Tədbirlər planına əsasən məktəbin valideyni Samirə Hüseynovanın dəstəyi ilə məktəbin foyesində “Xoş anların ağacı” adlı dekorativ kompozisiya hazırlanmışdır. Bu ağacda şagirdlər ailələri ilə birlikdə keçirdikləri unudulmaz anları əks etdirən şəkilləri paylaşaraq, həm ailə bağlarını, həm də məktəbə olan mənəvi bağlılıqlarını simvolik şəkildə ifadə edirlər.
Bu dəyərli əməkdaşlığa görə Samirə Hüseynovaya təşəkkür edirik.
#Məktəb191 #AiləmVəMəktəbim #XoşAnlarınAğacı #MəktəbAiləƏməkdaşlığı #191NömrəliMəktəb #BakıTəhsilİdarəsi #EduAz #TəhsilLayihəsi #BirlikdəGüclüyük #ValideynDəstəyi #AiləMəktəbinTəməli #TəhsildəDəyər